Fasad işlərinin görülməsi - Gallco Construction

TAXTA KONSTRUKSİYALARIN QURAŞDIRILMASI

Taxta konstruksiyalar insanların min illərdir istifadə etdiyi populyar tikinti materialıdır. Taxta konstruksiyalar evlərdən mebellərə, depolardan obyektlərə kimi istifadə olunur.

Taxta konstruksiyaların quraşdırılması hansı mərhələlərdən ibarətdir?

İlkin mərhələ layihənin dizayn mərhələsidir. Taxta konstruksiyanın quraşdırılması üçün düzgün ölçülərin təyin edilməsi və planlanması vacibdir. Bu mərhələdə layihənin məqsədi və istifadə səbəbinə uyğun olaraq lazımlı hesablamalar aparılır.

Sorakı addım material seçimidir. Taxta konstruksiyalar üçün istifadə ediləcək materialların keyfiyyəti və dözümlülüyü çox vacibdir. Burada seçilən ağacın keyfiyyəti və ölçüləri layihənin ehtiyaclarına uyğun seçilməlidir. Əlavə olaraq tikilinin havaya və nəmə qarşı dözümlülük dərəcəsi də burada hesaba alınmalıdır.

Daha bir vacib məqam quraşdırılma vaxtı düzgün təməl işləridir. Təməl konstruksiyanın stabilliyi və dözümlülüyünün əsasıdır. Təməl işləri bitdikdən sonra konstruksiyanın skeleti olan kalonlar və çərçivələr qurulur. Burada da düzgün planlama və bağlantı nöqtələri çox vacib nüanslardır.

Taxta konstruksiyalar
taxta konstruksiyalar

Daha sonra dam sistemi və fasad işləri görülür. Dam materialları da hava amili nəzərə alaraq seçilməlidir və düzgün şəkildə montaj olunmalıdır. Dam materialı və fasad həm çöl təsirlərdən qoruyur, eyni zamanda da tikiliyə görünüş verir. Buna görə də seçim zamanı hər iki nüansı nəzərə almaq lazımdır.

Sonuncu mərhələ daxili təmir və interyerdir. Daxili interyer sifarişçinin zövq və məkanın istifadə məqsədinə əsasən seçilir. Qapılar, pəncərələr, pol, tavan hamısı bu mərhələnin tərkib hissələridir. Daxili interyer yalnız dizayn, görünüş deyil eyni zamanda istifadəçinin rahatlığıdır.

Bütün bu sadaladıqlarımızı göz önünüə alsaq hər bir mərhələ kimi vacib olan əsas nüans bu işləri görə biləcək peşəkar komandadır. Şirkət seçərkən yalnız qiymətə deyil həmin şirkətin daha öncə gördüyü işlərə, portfoliosuna nəzər yetirin. Düzgün seçim sizə həm zaman, həm də keyfiyyət qazandıracaq.

Share This :