Tikinti layihələrinin idarə olunması - Gallco Construction

TİKİNTİ LAYİHƏLƏRİNİN İDARƏ OLUNMASI

Tikinti layihələrinin idarə edilməsi inşaat sektorunda keyfiyyətli iş görməyin təməlidir. Tikinti layihəsinin həcmini, görülən işləri, məsuliyyət və keyfiyyəti göz önünə alsaq layihə idarəedilməsi düzgün idarə olunmasa bu proses sizə uzun bir müddətə və maliyyə baxımından çox baha başa gələ bilər.

Tikinti layihəsinin idarə edilməsində nələrə diqqət etmək lazımdır?

1. Planlama və proqramlaşdırma: Bir tikinti layihəsini uğurla idarəetmək üçün effektiv bir planlama və proqramlaşdırma müddəti qaçılmazdır. Bu müddət işin həcmini, hədəflərini, büdcəsini, resurslarını və zamanı təyin etmək üçündür. Əlavə olaraq bu müddət ərzində riskləri hesablayıb ona qarşı alına biləcək tədbirlər planlanır

2. Əməkdaşlıq və kommunikasiya: Tikinti layihəsi bir çox halda bir neçə tərəfdaşı, vendoru bir araya gətirir. Buna görə də layihə idarəedilməsində düzgün kommunikasiya, vaxtında məlumatlandırma çox vacibdir. Buraya müntəzəm keçirilən iclaslar, hesabatların göndərilməsi kimi məsələlər də daxildir.

tikinti layihələrinin idarə olunması
tikinti layihələrinin idarə olunması

3. Resursların idarə edilməsi: Tikinti layihəsi fiziki, insan, maliyyə resurslarını özündə birləşdirir. Bu resursların düzgün istifadə olunması zaman və büdcəyə ciddi təsir edir. resurslardan düzgün yerdə, düzgün vaxtda və düzgün miqdarda(say) istifadə olunması da komandamız tərəfindən ciddi analiz edilərək planlaşdırılır

4. Risklərin idarə edilməsi: Hər tikinti layihəsində risklər var. İşin həcmi artıqdca paralel olaraq risklər də böyüyür. Layihəni idarə edənlər bu riskləri ciddi şəkildə analiz edib, ona strategiyalar və tədbirlər planı hazırlamalıdır. Belə olduqda fors-major halları maksimum az zərərlə bəzə isə ümumiyyətlə zərər etmədən qarşılama olur

5. Keyfiyyətin idarə edilməsi: Mövzu tikintidirsə təbii ki, ən öndə dayanan məsələ keyfiyyətdir. Layihə idarəçiləri əvvəlcə keyfiyyət standartlarını təyin etməli sonra isə bu standartların tətbiqini davamlı nəzarətdə saxlamalıdırlar. Bunun üçün prosesin müxtəlif mərhələrində yoxlamalar aparılmalı, standartdan kənar hallar aradan qaldırılmalıdır.

6. Dəyişikliklərin idarə edilməsi: Tikinti layihəsində bi çox hallarda dəyişiklik qaçınılmaz olur. Bu dəyişikliklərə rəhbər şəxslərdən komandaya qədər, resurslardan materiallara qədər bir çox şeyi misal gətirmək olar. Vacib olan isə bu dəyişikliklər baş verdikdə yerində müdaxilələr etmək, keyfiyyəti aşağı salmadan yola davam edə bilməkdir.

Share This :